• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Konfrans Liqası: "Neftçi" növbəti mərhələyə yüksəlib - YENİLƏNDİ

Konfrans Liqası:
28.07.2022 23:05
"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb.

Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub.

83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

*******
Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

"Neftçi" növbəti dəfə qonaqları mərkəzə dəvət edib.

62-ci dəqiqədə Kenni Sayef fərqlənib. "Ağ-qaralar"ın əvvəlki qollarını 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqə isə Eddi İsrafilov öz aktivinə yazdırıb. "Neftçi" Kiprdəki görüşdə rəqibinə 0:2 hesabı uduzub.
 
*******
Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Birinci yarıdan sonra "ağ-qaralar" hesabda öndədir - 1:0. Yeganə qolu 38-ci dəqiqədə Qodsvey Donyo vurub.

*****

Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb. 

"
Neftçi" fasiləyə 38-ci dəqiqədə Qodsvey Donyonun vurduğu yeganə qol sayəsində üstün yollanıb.
****

Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

38-ci dəqiqədə "Neftçi"nin hücumçusu Qodsvey Donyo fərqlənib.

****
Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

 "Bakcell Arena"dakı görüş saat 21:00-da start götürüb.

Qarşılaşmanı Bastian Dankertin başçılıq etdiyi almaniyalı hakimlər idarə edir.

Kiprdəki ilk görüşdə Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İdman 19:59
"Formula 1"də ikinci sərbəst yürüş başa çatıb - Yenilənib
İdman 15:56
"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Cəmiyyət 16:22
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
İdman 21:48
"Qarabağ” “Qalatasaray”a məğlub oldu- YENİLƏNİR/FOTO
Argentina dünya çempionu oldu - Yenilənib
İdman 22:22
Argentina dünya çempionu oldu - Yenilənib
Dünya çempionatında bu gün bu oyunlar olacaq
İdman 10:13
Dünya çempionatında bu gün bu oyunlar olacaq
Argentina Avstraliyaya qarşı - YENİLƏNİR
İdman 01:33
Argentina Avstraliyaya qarşı - YENİLƏNİR
İlham Əliyev
İdman 23:52
İlham Əliyev "Qarabağ" FK-nı təbrik edib
“Qarabağ”dan üçüncü qol - Yenilənir
İdman 22:13
“Qarabağ”dan üçüncü qol - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol