"Spartak" baş məşqçisini qovdu

Rusiya Premyer Liqasının daha bir təmsilçisi baş məşqçini qovub.
Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə "Spartak" klubu baş məşqçisi Valeri Karpinlə yollarını ayırıb.
Bu barədə qərar klub direktoru ilə bu gün keçirilən iclasda verilib. Moskva təmsilçisini mövsümün sonuna qədər Dmitri Qunko çalışdıracaq.
Qeyd edək ki, bir həftə öncə "Zenit" klubu baş məşqçisi Luçano Spaletti ilə yollarını ayırmışdı.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























