• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq prezident intihar etdi - FOTO

Sabiq prezident intihar etdi - FOTO
29.05.2020 11:44
Türkiyənin "Göztepe" klubunun sabiq prezidenti Bülent Özkul intihar edib."Axar.az" xəbər verir ki, depressiyaya düşən 55 yaşlı keçmiş prezident özünü evinin pəncərəsindən atıb.Ağır yaralanan Özkul həkimlərin bütün səylərinə rəğmən həyatda qala bilməyib. İddialara görə, klub rəhbərinin ailə problemləri var imiş və bir müddətdi psixoloji müalicə alırmış. Qeyd edək ki, atası Zeki Özkulun 1967-ci ildə qurduğu "Özkul Tekstil"i Türkiyənin ən parlaq markalarından birinə çevirilən Bülent Özkul 2001-ci ildə maliyyə böhranından qurtula bilməyib və iflas edib. Bir müddət İstanbulda yaşayan şirkət rəhbəri sonradan İzmirə köçərək sadə həyat yaşamağa başlayıb. O, müsahibələrindən birində bu sözləri demişdi: "Bir vaxtlar lüks avtomobillərim var idi. İndi avtobus kartım var və buna görə çox xoşbəxtəm".

 2012-ci ildə "uşaqlıq sevgim" dediyi Seher Özkulla evlənən Bülent Özkulun bir müddət əvvəl yaxın dostlarından birinə "məni həyata bağlayan 2 faizlik bir bağ qalıb" dediyi iddia olunur. Onun həmçinin intihardan əvvəl İstanbulda yaşayan qızına mesaj yazaraq "haqqını halal et" dediyi də bildirilir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol