• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda keçirilən boks üzrə beynəlxalq turnirdə finalçıların adları məlum olub

Bakıda keçirilən boks üzrə beynəlxalq turnirdə finalçıların adları məlum olub
09.03.2014 14:31

Şağan Olimpiya İdman Kompleksində keçirilən boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirində finalçıların adları məlum olub. ANS PRESS-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, həlledici döyüşlərdə ölkəmizi təmsil edən 6 boksçu da iştirak edəcək. İlk olaraq Tural Əhmədov (56 kq) final döyüşünə çıxacaq. Son Azərbaycan çempionatının qalibi yarımfinalda milli komandamızın sabiq kapitanı Rəhim Nəcəfovu məğlub edib. Onun qızıl medal uğrunda rəqibi qırğızıstanlı Bektur Otoqonov olacaq.

Kuba əsilli Lorenzo Sotomayor isə (64 kq) mübarizəsiz finala yüksəlib. Onun rəqibi yarımfinal döyüşünə çıxmayıb. L.Sotomayor finalda gürcü İrakli Melikaşvili ilə üz-üzə gələcək.

Digər boksçularımızdan Kamran Şahsuvarlı (75 kq), Jaba Xositaşvili (81 kq), Heydər Heydərov (91 kq) və Denis Latipov (91+kq) da finala vəsiqə qazanıblar.

49 kq

Cavid Dadaşov (Azərbaycan) 1:2 Denis Kozaruk (Ukrayna)

Hacıbaba Fərziyev (Azərbaycan) 0:3 Turat Osmonov (Qırğızıstan)

52 kq

Janibek Musayev (Qırğızıstan) 0:3 Zarid Jumayev (Türkmənistan)

Şatlık Muradov (Türkmənistan) - Oldjas Satibayev (Qazaxıstan) - O.Satibayev qalib gəlib

56 kq

Rəhim Nəcəfov (Azərbaycan) 0:3 Tural Əhmədov (Azərbaycan)

Bektur Otoqonov (Qırğızıstan) 2:1 Mixail Lunkin (Rusiya)

60 kq

Qoqa Gelaşvili (Gürcüstan) 0:3 Aşxat Nametkerim (Qazaxıstan)

Zakir Safiullin (Qazaxıstan) 3:0 Akzol Suleymanbekuğlu (Qırğızıstan)

64 kq

İrakli Melikaşvili (Gürcüstan) 3:0 Fərid İsmayılov (Azərbaycan)

Əbdulcabbar Həsənov (Azərbaycan) - Lorenzo Sotomayor (Azərbaycan) - L.Sotomayor qalib gəlib

69 kq

İqor Xaritonov (Rusiya) - Sadaqat Raxmankulov (Qazaxıstan) Xaritonov qalib gəlib

Romal Aslanov (Azərbaycan) 1:2 Gela Abaşidze (Gürcüstan)

75 kq

Pərviz Hüseynov (Azərbaycan) 1:2 Tomas Pivorun (Litva)

Kamran Şahsuvarlı (Azərbaycan) 3:0 Qoça Baduraşvili (Gürcüstan)

81 kq

Toxtap Ospan (Qazaxıstan) - Jaba Xositaşvili (Azərbaycan) - J.Xositaşvili qalib gəlib

Dauren Yeleusinov (Qazaxıstan) 2:1 Roman Tavadze (Gürcüstan)

91 kq

Tadas Tamaşauskas (Litva) 2:1 Omar Omarov (Azərbaycan)

İrakli Qvenetadze (Gürcüstan) 0:3 Heydər Heydərov (Azərbaycan)

91+kq

Denis Latipov (Azərbaycan) 3:0 Asəf Aslanlı (Azərbaycan)

Mixail Baxtidze (Gürcüstan) 3:0 Xoziakber Mamakov (Rusiya)

Bundan başqa, Almaniyanın Hamburq şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnir keçirilir. 11 ölkənin 85 boksçusunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da iştirak edirlər. Beynəlxalq qadınlar günündə boksçularımız uğurla çıxış edərək, özlərinə gözəl hədiyyə ediblər. Belə ki, milli komandamızın 8 üzvü yarımfinala vəsiqə qazanıb. 81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayevanın qələbəsi daha əlamətdar olub. O, litvalı rəqibini 3-cü raundda nokauta salıb. Rzayevadan başqa, Anaxanım Ağayeva, Aliyə Vəlizadə, Məryəm Cəbrayılova, Alina Hacıyeva, Anna Əlimərdanova, Yana Alekseyeva və Leyla Həsənova da yarımfinala yüksəliblər. Yarımfinal döyüşləri martın 9-da keçiriləcək.

ANS PRESS

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol