Maurisio Süleyman Dünya Boks Şurasının sədri seçildi

Dünya Boks Şurasının icraçı katibi Maurisio Süleyman bu qurumun prezidenti seçilib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" təşkilatın rəsmi saytına istinadən xəbər yayıb.Şuranın yeni rəhbərinin seçkisi Meksikada keçirilib. Seçki Komissiyasının (26 nəfər) qərarı yekdil olub.Əvvəllər bu vəzifəni 39 il ərzində yanvarın 17-də 82 yaşında vəfat etmiş Xose Süleyman tutmuşdu. Ölümündən sonra onun oğlu Maurisio Süleyman müvəqqəti olaraq DBŞ sədrinin səlahiyyətlərini icra edirdi.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















