FİFA “Neftçi” klubunu cərimələdi

“Neftçi” klubu fiziki-hazırlıq üzrə sabiq məşqçisi Mehmet Aka təzminat ödəyəcək. Bu barədə apasport.az saytına paytaxt klubundan məlumat verilib. 2011-ci ildə Böyükağa Hacıyevin “Neftçi”nin baş məşqçisi təyin edilməsindən sonra komandadan göndərilən Ak təzminat üçün FİFA-ya şikayət etmişdi. Ali futbol qurumu isə türkiyəli mütəxəssisin lehinə qərar qəbul edib. “Neftçi”nin Aka ödəyəcəyi təzminatın məbləği 42 min avrodur. Qeyd edək ki, Mehmet Ak Azərbaycanda “Neftçi” ilə yanaşı, “Qarabağ”da da çalışıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























