Mario Jardel “Qalatasaray”ın yeni transferi ilə görüşdü

“Qalatasaray”ın braziliyalı sabiq futbolçusu Mario Jardel klubun yeni transferi Aleks Telyeslə bir araya gəlib. Apasport.az saytının məlumatına görə, Braziliyada həmyerlisi ilə şəkil çəkdirən Jardel onu “İnstagram” sosial şəbəkəsindəki şəxsi hesabından paylaşıb. Aleksə “Qalatasaray”la bağlı gözəl xatirələrindən danışan 40 yaşlı hücumçu ona yeni klubunda uğurlar arzulayıb. Qeyd edək ki, 21 yaşlı müdafiəçi və klubu “Qremio” ilə razılığa gələn “Cim-Bom” onunla yaxın günlərdə rəsmi müqavilə imzalayacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















