"Arsenal"da ciddi itki

"Arsenal" klubunun gənc futbolçusu Cək Uilşır İngiltərə Futbol Federasiyası (İFF) tərəfindən cəzalandırılıb.Qol.Az-ın məlumatına görə, buna futbolçunun Premyer Liqanın son turunda "Mançster Siti" ilə keçirilən görüşdə (3:6) rəqib azarkeşlərə qarşı etdiyi qeyri-etik hərəkət olub.Belə ki, 21 yaşlı futbolçu "Mançester Siti"li azarkeşlərə orta barmağını göstərərək onları təhqir etmişdi. Kameranın gözündən yayınmayan həmin epizodu araşdıran İFF Uilşırı iki oyunluq cəzalandırıb.Qeyd edək ki, Uilşır cəza səbəbindən Premyer Liqada "Çelsi" və "Vest Hem"lə görüşləri buraxmalı olacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























