Berti Foqts gedəsi olmadı

Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts yığmada işini davam etdirəcək.Bu barədə Trend-ə AFFA-dakı mənbə məlumat verib.Mənbənin bildirdiyinə görə, AFFA İcraiyyə Komitəsinin Foqtsun milli komandada qalması barədə qərar qəbul edəcəyi gözlənilir.Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi də müzakirə ediləcək.Qeyd edək ki, 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunda mübarizə aparan Azərbaycan millisi 9 xal toplayaraq qrupda 4-cü olub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























