DÇ - 2026:İspaniya Fransanı məğlub edərək, ilk finalçı olub - Yenilənib
Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.
Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbə qazanıblar.
Qolları Mikel Oyarsabal (22-p.) və Pedro Porro (58) vurub.i6
İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə - Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.
***
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyunu başlayıb.
Yarımfinal mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.