• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” klubu Fransa mətbuatında

“Qarabağ” klubu  Fransa mətbuatında
04.12.2014 09:13
Fransanın "Lö kiosk” qəzetində Avropa-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın "Qarabağ” futbol komandasından bəhs edən məqalə dərc olunub.
 
Məqalədə ölkəmizin ən güclü futbol klublarından olan bu komandanın Fransada az tanındığı, onun oyunçularının əksəriyyətinin Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Ağdam rayonunu təmsil edən məcburi köçkünlərdən ibarət olduğu diqqətə çatdırılıb. Öz ölkələrində populyar olan komandaların hər birinin maraqlı tarixçəsi olduğunu qeyd edən müəllif Mari Giyon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən işğal olunan Ağdam rayonunun "Qarabağ” komandasının Azərbaycanda və Avropa liqasında keçirdiyi oyunlar barədə ətraflı məlumat verib.

Məqalədə əslən Ağdamdan olan, Lionun Siyasi Elmlər İnstitutunun doktorantı Elşən Mustafayevə istinadən "Qarabağ” komandasının vaxtı ilə oynadığı stadionun ermənilər tərəfindən dağıdılmasından, ermənilərin apardıqları etnik təmizləmə siyasətinin qurbanı olan ağdamlıların öz doğma yurdlarını tərk etməsindən, çətinliyə baxmayaraq komandanın ölkə birinciliyi yarışlarında iştirak etməsindən və əldə etdiyi uğurlardan söhbət açılıb.

"Qarabağ” komandasının cəbhə bölgəsinə yaxın meydançada məşq etməsinin riskli olması, erməni snayperlərinin oyunçuların həyatı üçün təhlükə yaratması səbəbindən onların Bakının Tofiq Bəhramov adına stadionda məşq etdikləri bildirilib. Ermənilərin apardığı işğalçılıq siyasəti ucbatından komandanın 1993-cü ildən bəri öz meydançasında oynamadığı diqqətə çatdırılan məqalədə oyunçuların qazandıqları qələbələri doğma Ağdamda öz meydançalarında qeyd edə bilmədikləri vurğulanıb. Müəllif klubun "Qarabağ” adlanmasının heç də təsadüfi olmadığını qeyd edib.

Məqalədə Qurban Qurbanovun məşqçisi olduğu vaxtdan komandanın yaxşı nəticələr əldə etdiyi diqqətə çatdırılıb. Məhz onun sayəsində komandanın cari ilin may ayında ikinci dəfə Azərbaycan çempionu titulunu qazandığı vurğulanıb.

Müəllif "Sent Etyen” komandası ilə matçda "Qarabağ” futbolçularının yaddaqalan oyun nümayiş etdirdikləri, hətta rəqib komandanın qapısına qol vuraraq oyunun əvvəlində irəli çıxdıqları və xalları bölüşdürdükləri bildirilib. azertag.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol