• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yaxşı futbol hakimi

Ən yaxşı futbol hakimi
06.01.2015 12:54
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, qurumun dünyanın bütün ölkələrində olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən 2014-cü ilin ən yaxşısı Nikola Rizzoli olub.

İtaliyalı FİFA referisi səsvermədə 131 xal toplayıb. İngiltərəli Hovard Uebb isə 78 xalla 2-ci olub. Maraqlıdır ki, 2013-cü ildə də İFFHS-in səsverməsində ilk iki yeri bu hakimlər tutmuşdu. Lakin 1 il öncə ingiltərəli birinci, italiyalı 2-ci olmuşdu.

Appeninlinin ən yaxşı olmasında Braziliyada keçirilən dünya çempionatının final oyununun məhz ona həvalə edilməsi də böyük tol oynayıb. Belə ki, Rizzoli Almaniya ilə Argentina arasında qarşılaşmada fit çalmışdı. Həmin oyunda avropalılar 1:0 hesabı ilə qalib gəlib.

61 xal toplayan almaniyalı Feliks Brix isə dünyanın 3-cü hakimidi. Hollandiyalı Byorn Kuypers (45 xal) 4-cü, özbəkistanlı Ravşan İrmatov (37 xal) 5-ci, portuqaliyalı Pedro Proensa (34 xal) 6-cı olub. İlk "onluq”da yer alan ispaniyalı Karlos Velasko Karvalyo 16, türkiyəli Cüneyt Çakır və meksikalı Marko Antonio Rodriges Moreno hərəyə 13, argentinalı Nestor Fabian Pitana 7 xal toplayıb.

Qeyd edək ki, sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib. O, 1-ci yerin sahibi kimi məhz italiyalıya səs verib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol