Məhşur futbolçunun timsah dişlədi

"Bavariya” futbol klubunun məşhur futbolçusu Arien Robbeni timsah dişləyib.
ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Bild dərgisi məlumat yayıb. Hadisə Qətərdə keçirilən məşq toplanışında baş verib. Belə ki, məşqdə iştirak edərkən Arien Robben yaxınlıqdakı hovuza düşən topu götürərkən timsahla qarşılaşıb.
"Topu çıxarmaq istəyəndə timsah mənim əlimi dişlədi”-deyə 30 yaşlı hollandiyalı futbolçu açıqlama verib.
Oyunçunun böyük, adsız və orta barmağı sarğı ilə sarınıb. Həkimlərin məlumatına görə, Robben məşqləri davam etdirə bilər.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























