• $
  • €
  • ₽
  • ₺
  • £

“Qəbələ” Kamran Ağayevlə vidalaşdı

“Qəbələ” Kamran Ağayevlə vidalaşdı
01.02.2015 18:30
"Qəbələ” futbol klubu qapıçı Kamran Ağayevlə vidalaşıb. 

ANS PRESS-in klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.

2014-cü ilin əvvəlindən "qırmızı-qara” formanı geyinən qolkiper "Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə "qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib.

29 yaşlı qapıçı Premyer Liqada 31 oyunda 36, Azərbaycan kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana "Qəbələ”nin kapitanı kimi çıxan futbolçu 2014-cü il fevralın 8-də "Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. "İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin "qırmızı-qara” formada son oyunu olub.

"Qəbələ” Kamran Ağayevə "qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.
 
ANN.Az



Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol