Skolari hələ belə utanmamışdı

"Qremio"nu çalışdıran Luis Felipe Skolari Braziliya A Seriyasının son turunda etdiyi hərəkətlə gündəmə gəlib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, komandasının doğma meydanda "Veranopolis"ə 0:1 hesabı uduzduğu matçın bitməsinə 4 dəqiqə qalmış texniki zonanı tərk edərək, birbaşa paltardəyişmə otağına yollanıb.
Komandasının oyunundan narazı qalan Braziliya millisinin sabiq çalışdırıcısı matçdan sonra jurnalistlərlə söhbətində etdiyi hərəkətin səbəbini açıqlayıb:
"Braziliya millisi ilə "DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzduğumuz matçdan sonra belə, bu qədər utanmamışdım. Paltardəyişmə otağına getməkdən başqa çarəm yox idi. Əsəbimin sakitləşməsi üçün həmin hərəkəti etdim. Çünki qarşılaşmanın sonunda əsəblərimi cilovlaya bilməməyimdən qorxdum".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























