"Real" Ronaldoya görə şikayət etdi

"Real" klubu Kriştiano Ronaldoya görə İspaniya Futbol Federasiyasına şikayət edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna portuqaliyalı futbolçunun "Rayo Valyekano" ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.
Madrid təmsilçisi rəqib futbolçu Antonio Amaya ilə mübarizədə yerdə qalan Ronaldonun simulyasiyaya əl atmadığını və sarı vərəqənin haqsız olduğunu iddia edib. Federasiya Ronaldonun vərəqəsini ləğv etməyəcəyi təqdirdə təcrübəli futbolçu "Eybar"la görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Ronaldo ilə yanaşı, Xames Rodriqez və Toni Kroos da cəzalı duruma düşdükləri üçün "Eybar"la oyunda iştirak etməyəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























