A seriyasında yeni klub

Növbəti mövsüm İtaliya A seriyasında oynamağa vəsiqə qazanan ilk klubun adı müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, "Karpi" yeni mövsümdən yüksək liqada çıxış edəcək. Komanda bu uğura sona 4 tur qalmış imza atıb.
B seriyasının 38-ci turunda "Bari" ilə qolsuz bərabərliyə razılaşan lider "Karpi" хalını 75-ə yüksəldib və 3-cü pillədəki "Boloniya" ilə xal fərqini 12-yə çatdırıb.
Qeyd edək ki, 1909-ci ildə yaradılan "Karpi" tarixində ilk dəfə A seriyasında oynayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























