• $
  • €
  • ₽
  • ₺
  • £

"Messi Peleyə bənzəyir" – Qvardiola

"Messi Peleyə bənzəyir" – Qvardiola
29.05.2020 05:54
"Futbolçularımı təbrik edirəm. Komandada bir sıra problemlər var idi. Ancaq futbolçularım mövsüm ərzində bacarıqlarını ortaya qoydular. Təbii ki, finala çıxmaq istəyirdik, ancaq alınmadı".

Qol.Az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında "Barselona"ya məğlub olduqları cavab oyunundan (3:2) sonra deyib.

İspaniyalı mütəxəssis  Barselona"nın finalda oynamağa layiq olduğunu bildirib: "Barselona" həm müdafiədə, həm də hücumda güclü təsir bağışladı. Komanda fiziki cəhətdən də yaxşı formadadır. Finalda kiminlə oynamasından asılı olmayaraq, oyun möhtəşəm alınacaq. Yenə yarımfinalda dayandıq. Bu da bir uğurdur. 

"Barselona"nı məğlub etmək olardı. Bunun üçün onları topsuz qoymaq lazım idi. Zədəli futbolçularım meydanda olsaydı, daha yaxşı oynaya bilərdik. Ancaq yenə də komandamın oyunundan razı qaldım. "Barselona"nı təbrik edirəm. Onlar finalda oynamağa layiq idi. "Barsa"nın 5-ci dəfə Çempionlar Liqasını qazanmasını arzulayıram. La Liqanı artıq qazanıblar. Messiyə gəlincə, o, yaxşı futbolçudur. O, Peleyə bənzəyir". 

Qeyd edək ki, ümumi hesabda "Barselona"ya 3:5 hesabı ilə uduzan "Bavariya" yarımfinalda mübarizəni dayandırıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol