"Mən bir mövsümdə üç kubok qazana bilmərəm" – Qvardiola

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis komandası ilə bir mövsümdə üç kubok qazana bilməyəcəyini deyib.
"Əgər "Bavariya" hər il üç kubok qazana biləcək baş məşqçi istəyirsə, o zaman onlara başqa mütəxəssis lazımdır. Mən bunu bacarmaram" - deyə Qvardiola bildirib.
Qeyd edək ki, 2014/2015 mövsümündə ölkə kuboku və Çempionlar Liqasının yarımfinallarında mübarizəni dayandıran "Bavariya" Qvardiolanın rəhbərliyi altında yalnız Bundesliqanı qazana bilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























