Çex "Çelsi"dən getdi

Peter Çex çıxış etdiyi "Çelsi"dən ayrılmağa qərar verib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə çexiyalı qolkiperin özü London klubunun çempionluq bayramında bildirib:
"Mən hər matçda meydana çıxacağım klubda oynamaq istəyirəm. Tətil zamanı hansı kluba keçəcəyimlə bağlı qərarımı verəcəm. "Çelsi"dən ayrılmaq çətindir, ancaq futbolda belə hadisələr də olur".
Qeyd edək ki, P.Çexin London klubu ilə müqaviləsi 2015/2016 mövsümünün sonu başa çatırdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























