Premyer Liqada yeni komanda

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, "Norviç" güclülər dəstəsinə vəsiqə qazanıb.
Bundan əvvəl "Çempionşip"i lider kimi tamamlayan "Bormut" və ikinci pilləni tutan "Uatford" birbaşa Premyer Liqaya çıхmışdı. Son vəsiqənin sahibi isə 3-6-cı pillələrdə qərarlaşan komandalar arasında keçirilən "pley-off" turundan sonra müəyyənləşib.
"İpsviç", "Brentford", "Midlsbro" və "Norviç"in mübarizə apardığı "pley-off"da son iki komanda finala çıхıb. Dünən Uembli stadionunda keçirilən final matçında rəqibini 2:0 hesabı ilə yenən "Norviç" bir mövsümlük fasilədən sonra Premyer Liqaya qayıdıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























