• $
  • €
  • ₽
  • ₺
  • £

I Avropa Oyunlarında dalaşan iki güləşçi diskvalifikasiya edildi

I Avropa Oyunlarında dalaşan iki güləşçi diskvalifikasiya edildi
17.06.2015 14:50
Azərbaycanda keçirilən Bakı-2015 I Avropa Oyunlarında qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, kişilər arasında sərbəst güləş üzrə görüşdə iki idmançı yarışdan kənarlaşdırılıb. 57 kq çəki dərəcəsində belaruslu Vladislav Andreyevlə gürcüstanlı Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar əsəblərinə hakim ola bilməyiblər. Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə zərbəsi vurub. Belaruslu pəhləvan da buna qarşılıq verincə, iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb.
 
Bu hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı döşəkdən kənarlaşdırılıb.
 
Hakimlərin qərarına əsasən, hər iki idmançı diskvalifikasiyaya məruz qalıb və onların 1/4 finalda məğlub etdikləri güləşçilər  - Marsel Evatla (Almaniya) İslam İslamay (Albaniya) yarımfinal görüşünə çıxıblar.
 
Burada qalib gələn idmançı rusiyalı Lebedevlə qızıl medal uğrunda üz-üzə gələcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol