Şvaynşteyger "Bavariya"dan gedir

"Bavariya"nın yarımmüdafiəçisi Bastian Şvaynştayger komandadan ayrılacaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçunun "Mançester Yunayted"in təklifini müsbət qarşılayıb.
"Bavariya"dakı durumundan narazı qalan almaniyalı futbolçunun ingilis klubuna keçmək istədiyi bildirilir. Şvaynştaygerin gələcək karyerasına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Şvaynştayger ötən mövsüm "Bavariya"da keçirdiyi 28 oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























