PSJ İbrahimoviçi göndərib, Benzemanı gətirir

PSJ aparıcı oyunçularından olan Zlatan İbrahimoviçlə yolları ayırmağa hazırlaşır.
Apasport.az saytı Fransa mətbuatına istinadən xəbər verir ki, parislilər isveçli hücumçunu transferə çıxarmaq fikrindədi.
PSJ İbrahimoviçin əvəzinə Madrid "Real”ının futbolçusu Kərim Benzemanı gətirmək istəyir. Artıq qarşı tərəflə danışıqlara start verilib. İspanlar hələlik bu təklifə cavab verməyiblər.
Qeyd edək ki, əvvəllər "Ayaks”, "Yuventus”, "İnter”, "Barselona” və "Milan” kimi klubların formasını geyinmiş İbrahimoviç 2012-ci ildən PSJ-də çıxış edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























