• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın gözü Sankt-Peterburqda

Dünyanın gözü Sankt-Peterburqda
24.07.2015 18:38
Sabah bütün dünyanın diqqəti Rusiyanın şimal paytaxtı Sankt-Peterburqa yönələcək.
 
Apasport.az saytının məlumatına görə, buna 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin əsas püşkatma mərasimi səbəb olacaq.

Tədbir Sankt-Peterburqun Konstantinovski sarayında baş tutacaq. Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mərasimə yalnız bir konfederasiyaya daxil olan ölkələr qatılmayacaq. Bu da artıq seçmə oyunlarına start verilən Asiyadı. DÇ-2018-in vəsiqələri uğrunda mübarizənin çoxmərhələli sistemlə getdiyi qitədə püşkatma xeyli əvvəl baş tutub. Bu üzdən də tədbirdə 141 komandanın rəqibləri bilinəcək.

Püşkatma qitələrarası pley-offun cütlərinin müəyyənləşməsi ilə başlayacaq. Burada Okeaniya, Asiya, Cənubi Amerika və KONKAKAF (Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələri) zonalarından bu mərhələyə yüksələnlərin bir-biri ilə qarşılaşacaq.

Ardınca konfederasiyalar üzrə püşkatma baş tutacaq.

Zimbabvenin yarışa buraxılmaması üzündən Afrikada 53 komanda mübarizə aparacaq. I mərhələdə 26 yığma 13 cütlük təşkil edəcək. Qaliblər digər 27 komandaya qoşulacaq.

2-ci mərhələdə bu 40 komanda 20 cütdə üz-üzə gələcək.

Qaliblərin yüksəldiyi 3-cü mərhələdə millilər hərəsində 4 komanda olmaqla 5 qrupa bölünüb. 5 qrup qalibi Rusiyaya vəsiqə qazanacaq.

Avropa zonasında meydan sahibi Rusiya və FİFA-nın tanımadığı Cəbəllütariq seçmə mərhələdə çıxış etməyəcək. 52 yığma 9 qrupa bölünəcək. Onların 7-də 6, 2-də 5 yığma mübarizə aparacaq. Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə Rusiya xəyalı ilə vidalaşacaq.

Püşk üçün yığmalar FİFA-nın millilərin iyul reytinqinə əsasən, 6 səbətə bölünüb. Mundial vəsiqə uğrunda mübarizə aparacaq komandalar arasında yer alacaq Azərbaycan yığması da növbəti yarış üçün rəqiblərini tanıyacaq. Tarixində 6-cı dəfə DÇ-nin seçmə mərhələsinə qatılacaq millimiz püşkatmaya 5-ci səbətdə başlayacaq.

Avropa zonasında səbətlərin tərkibi:

1-ci səbət

Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya

2-ci səbət

Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina

3-cü səbət

Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan

4-cü səbət

Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya

5-ci səbət

Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova

6-cı səbət

Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra

KONKAKAF zonasında 3-cü mərhələnin püşkü atılacaq. 2-ci turu adlayan 10 komanda və Yamayka ilə Haiti Sankt-Peterburqdakı püşkə qatılacaq. 6 cütün qalibi 4-cü tura adlayacaq.

Həmin mərhələdə onlara zonanın 6 ən güclü qoşulacaq və komandalar hərəsində 4 yığma olmaqla 3 qrupa bölünəcək. Hər qrupun iki ən yaxşısı KONKAKAF üzrə 5-ci – həlledici mərhələyə yüksələcək. Buradan 3 komanda Rusiyaya, 1-i pley-offa çıxacaq.

Okeaniyada 1-ci seçmə mərhələdə 4 ən zəif yığma çıxış edəcək. Qalib digər 7 komandayla 2-ci raundda mübarizə aparacaq. İki qrupa bölünəcək "8-lik”  növbəti turun 6 iştirakçısını müəyyənləşdirəcək. Zonanın qalibi pley-offa vəsiqə əldə edəcək.

Cənubi Amerikada 10 yığma dairəvi, iki dövrəli sistemlə vəsiqələr uğrunda mübarizə aparacaq. Püşkatma yarışın təqviminin müəyyənləşməsinə xidmət edəcək. Sonda 4 komanda mundiala, 1-i pley-offa yüksələcək.

 
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol