“Sputnik” agentliyinin saytı Türkiyədə blok edildi

12:47 | 15.04.2016
“Sputnik” agentliyinin saytı Türkiyədə blok edildi

“Sputnik” agentliyinin saytı Türkiyədə blok edildi

"Agentlik Türkiyənin səlahiyyətli orqanlarından heç bir bildiriş almayıb”.

"Sputnik” agentliyinin saytı Türkiyədə çümə axşamı bloka salınıb.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, belə ki, səhifəyə daxil olduqda, hakimiyyət tərəfindən inzibati tədbirlərin görüldüyü barədə yazı ekrana çıxır.

"Texniki yoxlamalar nəticəsində 14.04.2016 №490. 05.01.2016.- 56092 qərar üzrə 5651 qanununa uğun olaraq Telekommunikasiya və Rabitə İdarəsi tərəfindən bu sayta (sputniknews.com) dair administrativ tədbirlər görülür”, - saytı açmağa cəhd edərkən ekrana çıxır. 

Bununla yanaşı, Türkiyənin Konstitusiya Məhkəməsi istənilən saytların məhkəmənin icazəsi olmadan blok edilməsi qərarını qanunsuz olduğunu bildirmişdi.  

"Sputnik-Tursiya”nın baş redaktoru Tural Kərimovun sözlərinə görə, problemlər barədə ismarışlar (Bakı vaxtı ilə) saat 19.50-dən başlayıb. 

"Agentlik Türkiyənin səlahiyyətli orqanlarından heç bir bildiriş, xəbərdarlıq və ya digər ismarışlar almayıb. Biz blok edildikdən sonra da heç bir bildiriş alınmayıb”, - Kərimov bildirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM