Sürücülərin nəzərinə: bu yoldan istifadə etməyin

10:36 | 25.02.2015
Sürücülərin nəzərinə: bu yoldan istifadə etməyin

Sürücülərin nəzərinə: bu yoldan istifadə etməyin

Bakının Heydər Əliyev prospekti ilə kəsişən küçələrdən birində hərəkət məhdudlaşdırılacaq. Bunu Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün saat 21:00-dan etibarən paytaxın Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb həmin küçədə üfüqi nişanlama (xətləmə) işlərinin aparılmasıdır: "Birinci mərhələdə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər istiqamətində, ikinci mərhələdə isə şəhər tərəfdən Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq”.

P.Mürsəliyev qeyd edib ki, işlərin gecə saat 5-6 radələrində başa çatdırılması planlaşdırılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM