Sürücülərin nəzərinə: bu yollar bağlanır

15:12 | 27.02.2015
Sürücülərin nəzərinə: bu yollar bağlanır

Sürücülərin nəzərinə: bu yollar bağlanır

Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC Mətbuat Katibliyindən "APA-Economics”ə verilən məlumata görə, məhdudiyyət 2015-ci il fevralın 28-i axşam saat 20:00-dan martın 1-i səhər saat 8:00-a qədər tətbiq olunacaq.

Hazırda  sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb