"Stadler" Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satdı

10:35 | 15.04.2016

"Stadler" Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satdı

"Stadler Rail" konserni yaxın vaxtda Azərbaycana daha 2 dəmir yolu qatarı göndərəcək.

"APA-Economics" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu barədə konsernin mətbuat katibi Marina Vinder bildirib.

M. Vinder xatırladıb ki, ümumilikdə konsern Azərbaycana 5 qatar satıb. Bunlardan 3-ü I Avropa oyunları ərəfəsində təcili qaydada ölkəmizə göndərilərək "Azərbaycan Dəmir Yolları" QSC-nin sərəncamına verilib. Maraqlıdır ki, həmin 5 qatar ilk olaraq Rusiya üçün nəzərdə tutulmuşdu.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM