Stansiya Qala sakinlərinin suyu 20 ildir gəlmir - VİDEO

11:49 | 20.08.2015
Stansiya Qala sakinlərinin suyu 20 ildir gəlmir  - VİDEO

Stansiya Qala sakinlərinin suyu 20 ildir gəlmir - VİDEO

Qalada yaşayanlar susuz qalıb.

ANS TV-nin məlumatına görə, Xəzər rayonu, Stansiya Qala adlı yaşayış sahəsində məskunlaşan sakinlər, ərazinin su ilə təmin olunmamasından gileylənir.

Onların sözlərinə görə, artıq 20 ilə yaxındır ki, burada 400-ə yaxın ailə yaşamağa başlayıb. Amma o gündən, bu günə kimi sakinlər su üzünə həsrət qalıb.

Yay aylarında isə vəziyyətləri daha acınacaqlı həddə çatır. Suya olan təlabatlarını isə xüsusi su maşınlarına müraciət etməklə ödəməyə çalışırlar. Amma bu da onlara çox vaxt sərf etmir. Çünki, ayda ən azı 4-5 maşın su almalı olular. Bu da orta hesabla 100-120 manat arasında dəyişir ki, nəticədə ailənin büdcəsi azalmış olur. Belə olan halda kimi suyu plastik qablara doldurur, kimisi də daşdan tikilmiş kiçik ölçülü su ambarlarına. Bəziləri isə aldıqları suyu evlərindəki çənlərdə saxlamağa çalışır.

Sakinlər bəzən aldıqları suyun gigiyenik baxımdan təmiz olmadığını da bildirirlər.

"Gigiyenik baxımdan su təmiz olmadığına görə, suyu təmizləmək üçün kustar üsullarla hazırladığımız su təmizləyici qurğudan istifadə edirik. Bundan sonra sudan istifadə edirik. Suyun içərisində qurdlar olur”, – deyə şikayətçi Könül Alıyeva bildirib.

Şikayətçi Səxavət İsmayıllı deyir ki, yaşadığımız ərazinin dörd bir tərəfinə su çəkiblər və su sayğacları ilə də təmin edilib, amma bizə su verilmir.

Məsələ ilə bağlı "Azərsu” ASC-dən bildirdilər ki, Ceyranbatan, Balaxanı, Ramana, Qala, Pirallahı magistral su kəməri layihəsinə əsasən artıq iki ildir ki, kənd və qəsəbələrin şəbəkə olan ərazilərinə su xətləri çəkilir. 

Qala qəsəbəsilə də layihə smeta işləri hazırlanıb. Amma bütün bu işlər dövlət investisiyası hesabına görüldüyü üçün mərhələli şəkildə həyata keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM