Sülh Platformasının Rusiya üzrə səfiri təyin edilib

19:53 | 12.05.2017
Sülh Platformasının Rusiya üzrə  səfiri təyin edilib

Sülh Platformasının Rusiya üzrə səfiri təyin edilib

Bu gün Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev Sülh Platformasının üzvü olan Udmurtiya Respublikasının (Rusiya Federasiyası) deputatı Elgiz Haciyev arasında  görüş keçirilib.
 
Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Sülh Platformasının gələcək planları müzakirə olunub. O. Nəbiyev Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında  ətraflı məlumat verib. Sülh Platformasının Ermənistandan olan həmkoordinatoru E. Hacıyevə  Sülh Platforması ilə əməkdaşlığa görə minnətdarlığını bildirib. Görüş zamanı Sülh Platforması ilə ümumi əməkdaşlığına dair razılıq əldə olunub.  E. Hacıyev Platformanın fəaliyyətini dəstəklədiyini, bu sahədə öz imkanlarını səfərbər edəcəyini vurğulayıb.
 
Görüşün sonunda həmkoordinatorlar E. Haciyevı Sülh Platformasının Rusiya Federasiyası üzrə "Sülh səfiri” elan ediblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM