"Sumqayıt Polimer" ASC-yə yeni sədr seçiləcək

10:36 | 06.08.2016

"Sumqayıt Polimer" ASC-yə yeni sədr seçiləcək

Yığıncaq Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 12 ünvanında baş tutacaq

"Sumqayıt Polimer" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq sentyabrın 7-də, saat 11:00-da Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 12 ünvanında baş tutacaq.

Tədbirin gündəliyinə əsasən Cəmiyyətin İdarə Heyətinin sədrinin seçilməsi daxildir. Ümumi yığıncağın gündəliyi üzrə materialları əldə etmək üçün, həmçinin toplantının gündəliyindəki məsələlərlə bağlı təkliflərlə hər həftənin 1-ci və 3-cü günləri saat 13:00-a qədər "Sumqayıt Polimer" ASC-yə müraciət etmək olar. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM