Sumqayıt-Bakı yolunda böyük tıxac yarandı

09:49 | 27.02.2015
Sumqayıt-Bakı yolunda böyük tıxac yarandı

Sumqayıt-Bakı yolunda böyük tıxac yarandı

Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda şəhər istiqamətinə doğru böyük tıxac yaranıb.

"APA-Economics”in məlumatına görə, tıxac Masazır dairəsindən paytaxt istiqamətinə doğru uzanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, saat 09:17-də bu yolda avtomobillərin orta sürəti 12,86 km/saat olub.

Hazırda Xırdalan dairəsində yol-patrul xidmətinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkəti tənzimlənir.

Hərəkətin iflic olması I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə bağlı Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə əlaqədardır.  

Xatırladaq ki, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev "APA-Economics”ə bildirib ki, beynəlxalq tədbirlə əlaqədar yollardakı təmir və yenidənqurma işləri mart ayının sonuna qədər yekunlaşacaq.

Qeyd edək ki, Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb