Süni barmaq yaradıldı

23:08 | 10.03.2016
Süni barmaq yaradıldı

Süni barmaq yaradıldı

Neyromühəndislər yalnız təzyiqi deyil, həm də səthin teksturunu hiss etmək qabiliyyətinə malik olan süni barmaq hazırlayıblar. Qurğu amputasiya olunmuş barmağın əsəb sonluğuna qoşulur. Ancaq alimlər xüsusi iynələrdən istifadə etməklə cihazın həm də sağlam insanın barmaqlarına qoşula biləcəyini bildiriblər.

"ICTnews” Elektron Xəbər Xidməti "tech.onliner.by” saytına istinadən yazır ki, təxminən 11 il bundan əvvəl fişəng partlayışı nəticəsində əlindən məhrum olmuş şəxs sınaqda iştiraka dəvət edilib. Həkimlər naqil və sensorlar dəstinin köməyi ilə könüllü şəxsin əsəb sonluğuna süni barmaq birləşdiriblər.

Keçirilmiş sınaqların nəticəsinə əsasən, süni barmaq 77% halda səthin teksturunu ayırd edə bilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM