«SuperMarket-№1»lər bağlanır?..

22:28 | 25.04.2016
«SuperMarket-№1»lər bağlanır?..

«SuperMarket-№1»lər bağlanır?..



Bakıda ötən il fəaliyyətə başlamış «SuperMarket-№1» marketlər şəbəkəsinin bağlanacağı bildirilir.

Marja.az-ın xəbərinə görə,  şəbəkənin artıq   metronun « 20 Yanvar» stansiyası  yaxınlığındakı nəhəng «Nəsimi» filialı bağlanıb.

Xəbərdə qeyd edilir ki, hazırda topdansatış şirkətləri mağazadakı mallarını geri almaqla məşğuldurlar. Şəbəkənin «Nəsimi» filialı həm «SuperMarket-№1»in,  həm də Bakının ən böyük supermarketlərindən biri hesab olunurdu.

«SuperMarket-№1»lərin olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilirdi. İdmançının özü də «SuperMarket-№1»lərin ona məxsus olduğunu təsdiq etmişdi.

«SuperMarket-№1» marketlər şəbəkəsində 500 nəfərdən artıq işçinin çalışdığı söylənirdi.

Bir neçə gün öncə Bakıdakı iri marketlər şəbəkəsindən olan "Rahat Market"-in də   10 şöbəsini bağladığı deyilirdi. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb