Suriyada İranın daha bir generalı öldürüldü

14:48 | 15.01.2016
Suriyada İranın daha bir generalı öldürüldü

Suriyada İranın daha bir generalı öldürüldü

Seyid Səyyah Tahiri İran-İraq müharibəsində döyüşən komandirlərdən biri olub

İran İnqilab Keşikçiləri Qvardiyasının Suriyadakı rəhbərlərindən biri, briqada generalı Seyid Səyyah Tahiri öldürülüb.

"Report" xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargahına aid "Defapress" saytı məlumat yayıb.

Məlumata görə, S.S.Tahiri 1980-1988-ci illərdə İran-İraq müharibəsində döyüşən komandirlərdən biri olub. Onun Suriyada öldürüldüyü yer və tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl də Suriyada İranın bir neçə generalı öldürülüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb