Bəşər Əsədin təsviri olan əskinaslar dövriyyəyə buraxılıb

23:00 | 03.07.2017
Bəşər Əsədin təsviri olan əskinaslar dövriyyəyə buraxılıb

Bəşər Əsədin təsviri olan əskinaslar dövriyyəyə buraxılıb

Suriyada üzərində ilk dəfə ölkə prezidenti Bəşər Əsədin şəkli olan milli valyuta dövriyyəyə buraxılıb.

Anews.az Report-a istinadən xəbər verir ki, Əsədin təsviri 2 min Suriya funtu (təqribən 10 ABŞ dolları) üzərində öz əksini tapıb.

Suriya Mərkəzi Bankının sədri Dureyd Durqam bildirib ki, əskinas çoxdan çap olunub, lakin hərbi əməliyyatlar və məzənnənin tez-tez dəyişməsi səbəbindən dövriyyəyə buraxılmayıb.

Hazırda yeni pul vahidi ilə Dəməşq və bir neçə əyalətdə ödəniş etmək mümkündür.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb