Suriyadan çıxarılan Rusiya hərbi qüvvələri Azərbaycan üzərindən keçməkdə vətənə dönəcək

13:59 | 15.03.2016
Suriyadan çıxarılan Rusiya hərbi qüvvələri Azərbaycan üzərindən keçməkdə vətənə dönəcək

Suriyadan çıxarılan Rusiya hərbi qüvvələri Azərbaycan üzərindən keçməkdə vətənə dönəcək

Rusiyanın dövlət televiziyası "Rossiya 24” qoşunların Suriyadan çıxarılma marşrutları sırasında Azərbaycanı da göstərib.
 
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, kanal dəqiq uçuş istiqamətlərinin məxfi olduğunu, bunun üçün ən rahat marşrutların isə İraq, İran və Azərbaycandan keçməklə mümkün ola biləcəyini qeyd edib.
 
Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb. Putin qərarını martın 14-də axşam müdafiə naziri  Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı elan edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb