Oktyabrın 1-nə kimi COVID-19 pasportu ala bilməyən sürücülər onlara güzəşt olunmasını istəyir

12:26 | 23.09.2021
Oktyabrın 1-nə kimi COVID-19 pasportu ala bilməyən sürücülər onlara güzəşt olunmasını istəyir

Oktyabrın 1-nə kimi COVID-19 pasportu ala bilməyən sürücülər onlara güzəşt olunmasını istəyir

Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən oktyabrın 1-dən avtomobil xidmətləri ilə məşğul olan şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Bu tələb sərnişin daşıma xidmətləri ilə məşğul olan taksi sürücülərinə də şamil olunur. Tələbə əməl etməyən şəxslər isə 200 manatdan 5000 min manata kimi cərimə olunacaq. 
 
Bəzi sürücülər oktyabrın 1-dən COVID -19 pasportunun tələb olunmasından xəbərsiz olduğu üçün indi çətin durumla üzləşib. 

Anews.az-a müraciət edən Pünhan Sadıqov adlı sürücü belə bir qərarın oktyabrın 1-dən qüvvədə olacağından xəbərsiz olduğunu deyib. 
 
"Mən bildiyimə görə əvvəl belə bir qərar yox idi, əgər belə bir qərar veriləcəkdisə əvvəldən deyilməli idi. Biz sürücülər indi çətin duruma düşmüşük. COVID-19 pasportunun yalnız  ticarət mərkəzləri, restoranlara, hotellərə şamil olunduğunu bilirdim. Birdən-birə bu qərarın olması gözlənilməz oldu", deyə qeyd edib.
 
Razif Babayev adlı sürücü isə sürücülərə bir müddət güzəşt edilməsini istəyir.
 
"Birini doza vaksin vurdurmuşam, amma ikinci doza üçün vaksin müraciət vaxtım oktyabrın 1-dən sonrakı vaxta düşür. Biz taksi sürücülərinə müəyyən vaxt güzəştlər edilsəydi çox yaxşı olardı" - sürücü bildirib.

Qərardan xəbərsiz olan başqa bir sürücü oktyabrın 1-dən sonra işə çıxa bilmədiyi üçün nə edəcəyini bilmədiyini vurğulayıb: 

"Deyirlər ki, avtobus, taksi sürücüləri oktyabrın 1-dən ikinci doza vaksin olunmasa, işə buraxılmayacaq, cərimələnəcək. Mən 20 sentyabrda birinci doza peyvənd vurdurmuşam, 28 gündən sonra ikinci doza peyvənd vurdurmalıyam. Bəs onda necə işə çıxım? Bu düzgün deyil, məncə”, - deyə sürücü söyləyib.
 
"189 taksi xidmətindən isə onların belə bir qərardan daha əvvəldən xəbərdar olduqları, adıçəkilən taksi şirkəti ilə çalışan sürücülərin COVID-19 pasportu olmadan xəttə buraxılmayacaqları üçün hər iki doza vaksin vurduraraq, COVID-19 pasportu aldıqları bildirilib.
 
Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sözügedən qərarla bağlı anews.az-a açıqlama verərək bildirib ki, Nazirlər Kabinetinin bununla bağlı qərarı var. Həmin qərara 40-a yaxın fəaliyyət sahəsindən eləcə də nəqliyyat xidməti göstərən şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Tələbləri pozan şəxsləri isə inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
 
Orxan Mirzəyev 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb