Şuşanı işğal edən general Moskvanı şantaj etdi

16:24 | 28.07.2014
Şuşanı işğal edən general Moskvanı şantaj etdi

Şuşanı işğal edən general Moskvanı şantaj etdi

“Levon Ayrapetyanın həbsi Rusiyaya qarşı yeni “Maqnistski işi”nin yaranması ilə nəticələnəcək”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni generalı Arkadi Ter Tadevosyan çıxış edib.
 
O, Ayrapetyanın səhhətinin yerində olmadığını bildirib:
 
“Mən yenə də Ayrapetyanın Azərbaycanla Rusiyanın işbirliyi nəticəsində tutulduğunun üstündə dayanıram. Ayrapetyanın vəziyyəti uzunmüddətli həbs üçün yaxşı deyil. O buna dözməyəcək. Rusiya onu azad etməsə, “Maqnistski işi” ikinci hissəsi ilə üzləşəcək”.
 
Qeyd edək ki, Arkadi Ter-Tadevosyan Şuşanın ermənilər tərəfindən işğalına rəhbərlik edib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb