Tahir Gözəl: "Qarabağ"ın şansı daha çoxdur"

09:35 | 22.08.2014
Tahir Gözəl: "Qarabağ"ın şansı daha çoxdur"

Tahir Gözəl: "Qarabağ"ın şansı daha çoxdur"

"Tvente" Hollandiyanın ən güclü klublarından biridir. Buna baxmayaraq, oyun ərzində topa biz nəzarət edirdik. Yaxşı qol imkanlarımız oldu. Sadəcə bəxtimiz gətirmədi".

Bu sözləri Qol.Az saytına açıqlamasında "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə ilk oyununu (0:0) şərh edərkən deyib.T.Gözəl "Qarabağ"ın qrup mərhələsinə düşmək şansının daha çox olduğunu bildirib: "Qarabağ" günü-gündən Azərbaycanı şərəfləndirir. Oyundan sonra futbolçulara dedim ki, hələ işimiz bitməyib. Rəqib komandanın oyununa nəzərən deyə bilərəm ki, "Tvente" səddini keçə bilərik. Əsas odur ki, bu psixoloji gərginliyi başımızdan ataq və oyuna köklənək."Qarabağ"ın mərhələ keçmək şansı daha çoxdur. Hər şey özümüzdən asılıdır. Səfərdə bir qədər çətin ola bilər. Çünki azarkeş dəstəyimiz olmayacaq. Bu oyunda azarkeşlərimiz möhtəşəm idilər. İlk dəfə idi ki, Azərbaycanda bu qədər azarkeş görürdüm. Avropada yaşayan azərbaycanlılara müraciət edərək deyirəm ki, səfər matçında bizə dəstək olsunlar. Qəlbimiz Azərbaycanın Avropa Liqasındakı digər təmsilçisi "Neftçi" klubu ilə birgədir. İstəyirik ki, hər iki komandamız Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın".Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 28-də, Hollandiyada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM