“TANAP-a nə qədər çox ölkə qoşularsa, bu xeyrimizədir” - AÇIQLAMA

13:40 | 03.06.2015
“TANAP-a nə qədər çox ölkə qoşularsa, bu xeyrimizədir” - AÇIQLAMA

“TANAP-a nə qədər çox ölkə qoşularsa, bu xeyrimizədir” - AÇIQLAMA

"TANAP-a nə qədər çox ölkə qoşularsa, bu Azərbaycan üçün daha xeyirli olar. Çünki TANAP-da ölkəmizin pay bölgüsü çoxdur” - bu sözləri ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Oqtay Haqverdiyev TANAP-a yeni ölkələrin qoşulması məsələsinə münasibət bildirərkən deyib.

Ekspert  İranın TANAP-a qoşulacağı təqdirdə bu boru xətti Azərbaycandan deyil, Türkiyədən keçəcəyini qeyd edib: "Çünki İran Türkiyəyə hər il 18-20 milyard kubmetr qaz satır. Məhz həmin boru vasitəsilədə TANAP-a qoşula bilər. Düşünmürəm ki, İran rahat, hazır boru xəttini qoyub, Azərbaycandan boru xətti çəksin. Türkmənistan TANAP-a qoşularsa, İran və Azərbaycandan keçirilə bilər. Bu haqda da hələ danışıqlar davam etdirilir ki, türkmən qazı hansı yollarla Avropa çatdırılacaq?” 

Azərbaycanın TANAP-da böyük payı olduğunu vurğulayan ekspert əlavə edib ki,  TANAP-a nə qədər daha çox ölkə qoşularsa, bu da ölkəmiz üçün daha xeyirlidir: "Bu xeyir tək bizim üçün deyil, TANAP-da pay bölgüsü daha çox olan ölkələr üçün də müsbət nəticə verəcək. Ümumiyyətlə, bizim strateji məqsədimiz ondan ibarətdir ki, daha çox boruya qaz ötürülsün, daha çox qoşulan olsun. Azərbaycanın "TANAP” vasitəsilə ötürdüyü qaz miqdarı 30 milyard kubmetrdən çoxdur. Bu boru da tam şəkildə dolmalıdır. Bu boruda türkmən qazı da ola bilər, Rusiya qazı da. Məhz bunun üçün Rusiya ayrıca xətt çəkib. Bu ayrı xətlərin çəkilməsində də əsas məqsəd həmin ölkələrin dünya bazarında və dünya ölkələri arasında özlərini daha yaxşı, daha prestejli göstərməsidir. Bu ölkələr  istəyirlər ki, bunun üçün də onların çəkdiyi  boru xətlərinə daha çox ölkələr qoşulsunlar. Əgər bu borunun prespektivi 30 milyard kubmetrdirsə, biz hazırda onu doldura bilmərik. Yəni tək Şahdəniz yatağı bu borunu tam doldura bilməz. Bunun üçün ayrı mənbədən dəstək olmalıdır. 

Əgər Trans Xəzər boru xətti çəkiləndə Türkmənistan da bura qoşulacaqsa, ondan dəstək daha çox olacaq və tez bir müddətdə həmin boru dolacaq. Amma Türkmənistanda dəqiq şəkildə bildirmir ki, bu layihəyə qoşulacaq ya yox. Buna görə də Azərbaycan Türkmənistan qarşısında məsələ qaldırır ki, əgər bu layihəyə qoşulacaqsa, Azərbaycana boru xəti çəkməli və bu yolla da satmaq istədiyiniz qazı Avropaya çatdıraq. Amma Türkmənistanda hələ bu mövzu barədə düşünür” 

ABŞ və Avropa İttifaqının Azərbaycan və digər xəzəryanı ölkələrin neft-qaz layihələrini dəstəklədiyini bildirən O.Haqverdiyev bu ölkələrin dəstəyinin arxasında hansısa maraqların olduğu məsələsinə münasibət bildirib.  O, bu maraqların  həm siyasi,  həm də iqtisadi tərəfləri olduğunu qeyd edib. Ekspert vurğulayıb ki, burada bir-biri ilə əlaqədar məsələlər çoxdur: "Qərb ölkələri istəyir ki, iqtisadiyyat mexanizmindən istifadə edərək siyasi divident qazansın. Buna görə bu tək bizim üçün deyil, həm də iqtisadi zonalarda yerləşən dövlətlər üçündə çox sərfəlidir. Misal üçün, Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkiləndə Azərbaycan siyasi məsələləri qabağa çəkmədi, iqtisadi məsələlər işə başladı. Amma sonra bu iqtisadi mexanizmi istifadə edərək bir çox siyasi dividentlər əldə etdi: Avropa və ABŞ ilə əlaqələri daha da genişləndirməyə başladı. Bu da Azərbaycan üçün iqtisadi sahədə çox böyük uğur oldu”.


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb