Taner Yıldız: Bizə TANAP da lazımdır, “Türk axını” da

19:25 | 13.03.2015
Taner Yıldız: Bizə TANAP da lazımdır, “Türk axını” da

Taner Yıldız: Bizə TANAP da lazımdır, “Türk axını” da

"Heç bir rəqabətdən söhbət gedə bilməz”.

Ankara TANAP və "Türk axını” qaz kəmərləri arasında rəqabət görmür.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

"Türkiyə İran, Azərbaycan, Rusiya ilə əməkdaşlıq edərək, enerji sahəsində müxtəlif layihələr həyata keçirir. "Türk axınına” gəldikdə isə, bu layihə ilə bağlı dərhal müsbət rəyimizi bildirdik, Rusiya ilə danışıqlar davam edir və biz bu layihədə maraqlıyıq. Heç bir rəqabətdən söhbət gedə bilməz, bizə hər iki layihə - TANAP da lazımdır, "Türk axını” da”, - deyə, Yıldız bildirib.

O, hər iki layihənin təkcə Türkiyə deyil, Avropada da iqtisadi və siyasi sabitliyə gətirəcəyini bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM