Tanınmış amerikalı müğənni vəfat edib

21:00 | 21.09.2021
Tanınmış amerikalı müğənni vəfat edib

Tanınmış amerikalı müğənni vəfat edib

Tanınmış amerikalı müğənni və aktrisa Sara Daş 76 yaşında vəfat edib.

Bu barədə "Labelle" qrupunun üzvü Patti LaBelle məlumat verib.

"Şənbə günü səhnədə bir yerdəydik, bu, çox xüsusi bir an idi. Onun yoxluğu mənim üçün ürək ağrısıdır, ancaq Saranın ruhu yaşayacaq", - o bildirib.
S.Daş 1945-ci il avqustun 18-də ABŞ-ın Trenton şəhərində doğulub. Müğənni ABŞ-ın məşhur qrupu "Labelle"nin qurucularındandır. Qrupun "Lady Marmalade" ifası 1975-ci ildə ABŞ-ın "Billboard" siyahısında bir nömrə olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM