Tanınmış azərbaycanlı aktyor erməni mağazasını reklam edir - VİDEO

17:15 | 05.04.2019
Tanınmış azərbaycanlı aktyor erməni mağazasını reklam edir - VİDEO

Tanınmış azərbaycanlı aktyor erməni mağazasını reklam edir - VİDEO

Azərbaycan əsilli aktyor, aparıcı, rejissor Tahir Məmmədov öz Youtube kanalında ermənilərin "Qarabağ" mağazasını reklam edib.

Buta.media-nın məlumatına görə, T. Məmmədovun yaşadığı ABŞ-ın Los Anceles şəhərində yerləşir.

Qeyd edək ki, Tahir Məmmədov 1981-ci il oktyabrın 2-də Bakıda anadan olub. Onun, atası azərbaycanlıdır Namiq Məmmədov, anası Nina Mixaylovna isə ermənidir. 

Qarabağ münaqişəsinin başlamazdan əvvəl ailə Bakıda yaşayıb. Tahir isə özü 6 saylı məktəbdə təhsil alıb. Sonra ailə Moskvaya köçüb. Tahir bir neçə il bundan əvvəl Azərbaycan mediasına verdiyi müsahibədə, Bakı üçün darıxdığını və bir-neçə dəfə şəhərə gəldiyini bilidirib.

2005-ci ildə Tahir Məmmədov rus pasportunda adını "Tair Mamedov" ilə əvəz edir. Bundan sonra Tair adı ilə "Comedy Club" proyektində çıxış etməyə başlayır. Tanınmağa başlayan bu zaman ərzində populyarlaşır, bir neçə realiti-şouda iştirak edir, paralel olaraq digər verilişlərdə aparacılıq edir. 2008-ci ildə Tair "Comedy CLub"-ı tərk edir və Rusiyada "Çox rus detektivi" filmində çəkilir.

Bu filmdə Tahir həm aktyor, həm prodüsser, həm də ideya müəllifi kimi çalışır. Bundan sonra o Rusiyanın birinci kanalında (ORT) bir neçə verlişin aparıcısı rolunda çıxış edir. Bir müddət sonra Tahir televiziya verilişlərindən ayrılır və şoumen kimi fəaliyyətə başlayır.

2011-ci ildən Rusiyada MTV telekanalında vj kimi çalışır və müxtəlif verilişlərin aparıcısı olur. 2013-cü ildən ABŞ-ın Los Anceles şəhərində yaşayır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb