Tanınmış rusiyalı aktyor vəfat etdi

12:56 | 15.06.2017
Tanınmış rusiyalı aktyor vəfat etdi

Tanınmış rusiyalı aktyor vəfat etdi

SSRİ-nin xalq artisti Aleksey Batalov 89 yaşında vəfat edib.

Anews.az-ın xəbərinə görə, bu barədə cümə axşamı, iyunun 15-də, kp.ru saytı aktyorun dostuna istinadən məlumat yayıb.

Məlumata görə, Batalov bud sümüyünü sındırdıqdan sonra müalicə aldığı Moskva xəstəxanalarının birində dünyasını dəyişib.

Aleksey Batalov "Durnalar uçur”, "Moskva göz yaşlarına inanmır”, "Bir ilin doqquz günü” kimi filmlərdə çəkilib. Tamaşaçılar onu daha çox "Moskva göz yaşlarına inanmır” filmindəki Qoşa obrazı ilə xatırlayır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM