Tarixdə ən böyük tıxac - 50 KM

19:15 | 26.12.2014
Tarixdə ən böyük tıxac - 50 KM

Tarixdə ən böyük tıxac - 50 KM

Moskvada güclü qar yağması paytaxtın yol hərəkətini tamamən iflic edib.

 Günortaya yaxın tıxaclar maksimal həddə - 10 bal həddinə çatıb və artıq dörd saatdan çoxdur ki, bu səviyyədədir. Səbəb isə dünən səhərdən yağmağa başlayan qardır.

Oxu.Az xəbər verir ki, bu barədə "Yandeks.probki” portalı bildirib.

Son bir neçə il ərzində ilk dəfədir ki, Moskvada maksimal tıxac balı qeydə alınıb.

"Dostlar, bu tarixi günü yadda saxlayın. İlk dəfədir ki, tıxaclar erkən saatlarda 10 bal gücündə və bu qədər uzun müddət oldu. Artıq 7 saatdan çoxdur. Daha nələr olacaq, məlum deyil”, - "Yandeks” şirkətinin KİV ilə iş üzrə meneceri Elisa Staviskaya Facebook səhifəsində yazıb.

Paytaxtın Nəqliyyat Departamentinin məlumatına görə, 12.00-dan 13.00-a qədər Moskva yollarında "nəqliyyat vəziyyətinə kritik təsir edən” 44 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Günorta vəziyyət daha da kəskinləşib, 15.00-dan 17.00-a qədər minə yaxın qəza törədilib, onlardan 42-si ciddi qəzadır.

Qar yağması, həmçinin Moskva aeroportunda 20-dən çox reysin ləğvinə, 170-dən çox reysin isə gecikdirilməsinə gətirib çıxarıb.

ANN.Az





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb