Tarixin ən qorxunc 10 elmi təcrübəsi - VİDEO

22:02 | 17.10.2014
Tarixin ən qorxunc 10 elmi təcrübəsi - VİDEO

Tarixin ən qorxunc 10 elmi təcrübəsi - VİDEO

10. Tütün təcrübəsiSiqaretin zərərlərinin araşdırılması üçün itlərə hər gün 6 saat və fasiləsiz olmaqla 3 il boyunca zorla tütün tüstüsü qoxuladılır, eyni zamanda siçanların dəriləri çürüməyə və şişə səbəb olan siqaret qatranına bulaşdırılır. 9. Frankeştaynın ikibaşlı itləri Vladimir Demixov bir it balasının başını ön ayaqlarıyla birlikdə yetkin bir itə nəql edir və eyni bədəni paylaşan iki it 4 gün birlikdə yaşadıqdan sonra ölür. Hər iki baş ayrı-ayrılıqda süd içir və bir-birlərinin qulaqlarını əmirdilər. 8. Layihə 4.1 (ABŞ, 1954 - 1980) İçində yalnız on minlərcə adamın yaşadığı kiçik bir ölkə olan Marshall Adalarının vətəndaşları radiasiyanın təsirlərinin yoxlanılması üçün ABŞ tərəfindən nüvə bombalarına və nüvə hücumlarına məruz buraxılır. Bu təcrübə nəticəsində minlərlə adam irsi olaraq radiasiyadan təsirlənmiş və adanın təbiəti pozulmuşdu. Ada yaxınlığında Xirosima və Naqasakiyə atılan atom bombalarının təxminən 1.000 qatı gücündə olan hidrogen bombası sınağı keçirilmişdi. 7. TUSKEGEE Sifilis Təcrübəsi (ABŞ, 1932 - 1972) 400 qədər zəncinin üzərində aparılan bu təcrübədə adamlara qanlarında pis bir maddənin olduğu deyilərək və təcrübəyə iştirak vəziyyətində müalicə xərclərinin qarşılanacağı sözü verilərək aldadılıblar. Xəstəliyin təsirlərinin müşahidə məqsədiylə işə yaramayan dərmanlar verilən əksər xəstə qəsdən müalicə edilmədiyi üçün ölür. Ayrıca sifilis xəstəliyi yoluxucu olduğu üçün ölən şəxslərin ailələrində və yeni doğan körpələrində də bu iz buraxılır. 6. Dondurucu Su Təcrübəsi Bu təcrübə Atlantik dənizə düşən alman əsgərlərinin neçə saat içində donaraq öləcəyini hesablamaq üçün həyata keçirilib. Bunun üçün əsirlər buz dolu sulara zorla soxulub gözlədilib və donmadan əvvəl neçə dəqiqə yaşadığı təsbit edilib.

5. İçilə bilən dəniz suyu təcrübəsi

Dr. Hans EPPINGER  dəniz suyunun içilə biləcəyinin olub-olmayacağını araşdırmaq üçün yüzlərlə insanı ömür boyu dəniz suyu içərək yaşamağa məcbur edib və bu şəxslər böyrək iflası, beyin zədələnməsi səbəbiylə ölüblər.

4. Əkizlər - Nasistlərin Tibbi təcrübələri (Almaniya, 1930 - 1940)Bütün tarixin ən şeytani həkimi Josef Mengelenin ən zalım təcrübələri düşərgəyə gələn minlərlə əkiz uşaq üzərində aparılıb. Mavi gözlü irq yaratmaq və insanların irsi xüsusiyyətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyini ölçmək üçün əkizlərin gözlərinə mavi mürəkkəb inyeksiya edilib. Uşaqları kor etdikdən sonra müxtəlif ölümcül xəstəliklərin mikroblarını digər uşaqlara bulaştırarak reaksiyalarını ölçüb və daha da pisi bəzi uşaqların bədənlərini vaxt boşluq qalmayacaq bir şəkildə iç orqanlarıyla birlikdə bir-birinə tikiblər. 3.  Qüds İbrani Universitetinin Meymun təcrübəsi 3 il ərizndə heç bir yerə tərpənə bilməyən bir qəfəsdə saxlanılan meymunların beynlərində dəliklər açılmaqla və beyinlərinə bəzi kimyəvi dərmanlar yeritməklə aparılan bir təcrübə. Nəticədə meymunların beynlərinin bir hissəsi kəsilərək götürülüb. Çəkilən gizli videolarda açıqca görünür ki, bu təcrübələr aparılarkən vəhşicəsinə və məsuliyyətsizcəsinə meymunlara lazımi anesteziya verilmədiyi üçün bu heyvanlar əməliyyat boyu oyaq qalır  və bütün ağrını hiss edirlər.2. Vahid 731 Bioloji və kimyəvi silahların inkişaf etdirilməysini qarşılarına məqsəd qoyan bir döyüş vahidi. Əl bombaları, lava silahları və kimyəvi silahların test edilməsi zamanı on minlərlə insan canlı-canlı öldürülüb. Bu təcrübə əsnasında bəzi məhkumların bəzi orqanlarının kəsilərək bədənlərinin digər yerinə tikilməsinə çalışıldığı bilinir. 1. MK-Ultra Layihəsi (ABŞ, 1953 - 1973) (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) CIA zehni və şüuraltı idarəetmə sistemi üçün istifadə edilə dərmanların istehsalı və sınanması üçün belə bir təcrübəyə başlayıb. Guya beləcə hipnoz edilmiş və heç bir reaksiya verməyən insan kütlələri yetiştiriləcəkmiş. Təcrübə zamanı istifadə olunan adamlara gizlicə və xəbərsiz olaraq  LSD və digər oxşar narkotik maddələr verilib. Layihə sonunda minlərlə adam verilən narkotikdən asılı hala düşüb və zehni pozğunluqlar yaşayaraq dəli olublar.Hazırladı NurayANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb