Tarixin gedişini dəyişdirən şəxs və hadisələr

15:03 | 12.10.2016
Tarixin gedişini dəyişdirən şəxs və hadisələr

Tarixin gedişini dəyişdirən şəxs və hadisələr

İngilislər varlığı ilə dünya tarixini dəyişdirən, onun inkişaf mexanizmini müsbət istiqamətə yönləndirən şəxsiyyətlərin siyahısını tərtib edib. Qeyd edək ki, bir neçə dəfə dəyişikliyə məruz qalan siyahıda ilk iki yer toxunulmaz olaraq qalır. İngilis alimi Riçard Overy 2007-ci ildə yazdığı "Əskiksiz dünya tarixi” adlı əsərində isə dünya tarixini dəyişdirən 50 hadisəni təsvir edib. Nəzərinizə çatdıraq ki, həmin hadisələrin də arasında sadalayacağımız şəxslərin doğulması və onlarla bağlı olan proseslər var.

ANN.AZ moderator.az-a istinadən dünya tarixinin inkişaf mexanizmini dəyişdirən, yeni təfəkkür inqilabının əsasını qoyan şəxsləri təqdim edir:

1. Məhəmməd peyğəmbər

Sonuncu peyğəmbər olan Məhəmməd peyğəmbər insanlığın, bəşəriyyətin xilası hesab edilir. Belə ki, az qala bütün dəyərlərin öldüyü bir dönəmdə elçi olaraq göndərilən Məhəmməd insanlarda təfəkkür tərzini dəyişən onlarda mənəviyyatla idrakın sintezini görmək istəyən şəxsdir. Bu gün dünyada müsəlmanların sayı günü gündən artır.

2. İsa peyğəmbər

Bəşəriyyət tarixinin ilk inqilabçılarından sayılan peyğəmbərdir. Xristianlığın əsasını qoyan İsanın uğurları bu gün də get-gedə artmaqdadır. Təbii ki, peyğəmbəri hər hansı tarixi şəxsiyyətlə yanaşı qoymaq fikrində deyilik. Ən azından onların ideologiyası bütün zamanlar və bütün məkanlar üçün keçərlidir. İsa peyğəmbər həm bir filosof, həm də missioner kimi qısa ömründə insanlığı tam olaraq dəyişdirə bildi.

3. Budda

Dünya düşüncə tarixində ən böyük inqilab yaradan insanlardan biri də Budda olub. O, yaratdığı mənəvi-idraki düşüncə sistemində mütləq kamilliyə varmağın yollarını göstərməyə çalışırdı. XXI əsr elm və texnoloji uğurlara söykənməsinə baxmayaraq bu gün də Buddanın arxasınca gedən milyonlarla insan var.

4. İsaak Nyuton

Siyahını ingilislərin hazırladığını nəzərə alsaq həm Şekspir, həm də Nyutonda bir az irəli getdiyini görərik. Reytinq cədvəlinin tərtibçilərini yerliçilikdə suçlasaq da, bu ingilis aliminin də dünya tarixində az iş görmədiyinin şahidi oluruq. O, böyük filosof olmaqla yanaşı, dünya elminin ən böyük inqilabçılarından biri idi. Modern fizikanın yaranması onun adı ilə bağlıdır. Dünyadakı sonrakı texniki inqilabların da bundan sonra başladığını nəzərə alsaq Nyutonu həqiqətən də dünya tarixini dəyişdirən şəxslər sırasında görə bilərik.

5. Albert Eynşteyn

Bəşəriyyət tarixinin ən ağıllı insanlarından hesab edilən yəhudi əsilli fizik dünya elmində inqilab yaratmaqla tarixdə də bir çox məqamların dəyişməsinə səbəb oldu. Onun Fotoeffekt, Nisbilik, eləcə də başqa nəzəriyyə və fiziki qanunları bu gün də tam araşdırılmayıb. Ölümündən sonra beyni oğurlanan alim hələ də dünya elmində müəmma kimi qəbul olunur.

6. Uilyam Şekspir

İngilislər də, deyəsən, yerliçiliyə çox vararaq dünya dramaturgiyasının nəhənglərindən olan Şekspiri də tarixi dəyişən insanlardan hesab ediblər. Belə ki, Şekspirin anadan olduğu tarixi (1654-cü ili) dünya tarixini dəyişdirən hadisə kimi qeyd edirlər.

7. Napoleon Bonapart

Avropanın ən böyük sərkərdələrindən olan Fransa imperatoru Napoleon Bonapart az qala bütün Avropa üzərində nəzarəti ələ keçirəcəkdi. Dünya tarixində bəzi dəyişikliklərin səbəbkarı olan Napoleon 1815-ci ildə Vaterloo döyüşündə məğlub olandan sonra Avropaya nəzarəti əldən verir. Bu döyüş dünya tarixini dəyişdirən hadisələr siyahısındadır.

8. Çingiz xan

İnsanlıq tarixində ən böyük dövlət olan Böyük Monqol İmperiyasının əsasını qoyan Çingiz xanın varlığı dünya tarixinin dəyişməsinə gətirib çıxarıb. İlk dəfə o, Asiyanı tam olaraq fəth edib və bütün torpaqları vahid bayraq altında birləşdirməyi bacarıb.

9. Makedoniyalı İsgəndər

Dünya tarixində ən böyük hökmdarlardan biri hesab edilən Makedoniyalı İsgəndər 30 yaşına qədər öz ordusu ilə Yunanıstanı, Yunanıstandan Misirə qədər olan torpaqları və Misirdən Şərqi Hindistana qədər olan əraziləri fəth edə bilib. Onun öz ordusunu Hindistana qədər gətirib çıxarması dünya tarixini dəyişən ən önəmli hadisələrdən biri hesab edilir. Dünya xəritəsində ən ciddi dəyişiklərin ilk səbəbkarı kimi Böyük İsgəndər tarixi dəyişdirən şəxsiyyətlər sırasında yer alır.

10. Konfutsi

E.ə VI-V əsrlərdə yaşayan bu filosof Çin fəlsəfi fikir sisteminə ən çox təsir edən filosofdur. Çin fəlsəfi fikir sistemi isə öz növbəsində Şərq fəlsəfəsinin əsas bazisini təşkil etdi. Odur ki, qədim Şərq fəlsəfəsini möhkəmləndirən, dünyanın ideoloji fikir nəhənginə çevrilən Konfutsi dünya tarixini dəyişdirən şəxslər sırasındadır.

Adı çəkilən kitabda dünya tarixini dəyişən şəxsiyyətlərlə yanaşı, dünya tarixini dəyişən ixtiralar və tarixi hadisələr də yer alıb. Bu tarixi hadisələrdən bir neçəsini qeyd edək:

- Mesopotamiyada təkərlərin icadı, yazının kəşfi;

- Yunan mədəniyyətinin başlanğıcı və elmlərin əsasının qoyulması;

- Hannibalın romalılara məğlubiyyəti;

- Kağızın və əlifbanın kəşfi;

- İmperator Konstantinin xristian dinini qəbul etməsi;

- Fateh Sultan Mehmetin İstanbulu fəth etməsi;

- 1455-ci il, Quttenberqin kitab çap edən dəzgahı çap etməsi;

- 1492-ci il, Kolumbun Yeni Dünyanı kəşf etməsi; -1509-cu il, saatın icadı.

Bu cür daha 40 fakt var ki, ingilis müəllif onları dünya tarixini dəyişən hadisələr kimi qələmə alıb. Amma ABŞ-ın hazırladığı siyahıda isə ingilislərdən fərqli olaraq İslam Şərqi kölgədə qalmayıb. Onların hazırladığı siyahıda bəşəriyyətin düşüncə formatını dəyişən şəxslərin siyahısında Mövlanə Cəlaləddin Rumi beşinci yeri tutur. Həmin siyahıda da birinci yer Məhəmməd peyğəmbərə məxsusdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM