Tbilisidə Ermənistana gedən avtobusun törətdyi qəzada 5 azərbaycanlı ölüb

22:55 | 31.12.2017
Tbilisidə Ermənistana gedən avtobusun törətdyi qəzada 5 azərbaycanlı ölüb

Tbilisidə Ermənistana gedən avtobusun törətdyi qəzada 5 azərbaycanlı ölüb

Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Rusiyadan Ermənistana gedən "Mercedes Neoplan” avtobusu Tbilisidə "Quru  körpü” yaxınlığında "Lada” markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.  
 
Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb